"Millinin əksər oyunçularını Azərbaycana qaytarırıq".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev həm qadın, həm də kişilərdən ibarət millilərin hazırlıq planı ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi federasiya tərəfindən klublara limit qoyulduğunu xatırladıb:
“Bilirsiniz ki, Voleybol Federasiyası tərəfindən klublara limit qoyulub. Əsas heyətdə ən azı bir azərbaycanlı olmalıdır.
Gələn ildən yəqin ki, bu sayı ikiyə çatdıracağıq. Ən əsası odur ki, bu gün klubların hər birinin sponsoru var.
Rəqabət daha da güclənəcək. Fikrimcə, bundan sonra qarşıdakı illərdə avrokuboklara 2-3 komanda gedəcək.