“Azərreyl” üç voleybolçu ilə müqavilə müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi komandanın kapitanı Aynur İmanova, gənc oyunçular Raziyə Əliyeva və Aişə Alismanova ilə 1 illik yeni sözləşmə imzalayıb.
A.İmanova və R.Əliyeva 2022-ci, A. Əlismanova isə 2023-cü ilin yayından “dəmiryolçular”ın formasını geyinirlər.
“Azərreyl” ötən mövsüm Yüksək Liqanın qalibi olub.