COP29

"Əvvəlki millidən 7-8 oyunçu artıq karyerasını bitirib"

16 May 08:20 Voleybol 818
"Əvvəlki millidən 7-8 oyunçu artıq karyerasını bitirib"

"Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk".

Sportinfo.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Cəlalov Qızıl Avropa Liqasına hazırlaşan komandanın açıq məşqindən sonra deyib.

Mütəxəssis turnirdə ölkəni yüksək səviyyədə təmsil etmək üçün meydançada tam güclərini qoyacaqlarını bildirib:

"Daha əvvəl Gümüş Avropa Liqasına qatılmışıq. Qızıl Avropa Liqasında isə reytinqli komandalar var və onların səviyyəsi daha yüksəkdir.

Amma əlimizdən gələni etməyə çalışacağıq. Gənclərin təcrübə qazanmasına daha çox üstünlük veririk. Çünki onlar qarşıdakı turnirlərdə ölkəni təmsil edəcəklər".

Baş məşqçi mayın 1-dən hazırlıqlara start verdiklərini xatırladıb:

"Vaxtımız az olsa da, əlimizdən gələni edəcəyik. Məqsədimiz oyunçuları formada saxlamaqdır.

Mövsüm bitən kimi təlim-məşq toplanışına başlamışıq. Qarşıdakı iki həftə ərzində 6 matç olacaq.

Bu görüşlərə oyunçuları texniki və taktiki cəhətdən hazırlıqlı çıxartmaq istəyirik. Komandamızda gənclər daha çoxdur.

Əvvəlki millidən 7-8 oyunçu artıq karyerasını bitirib. Bəziləri məşqçi kimi özlərini sınayırlar.

Gənclərdən ibarət milli komanda topladıq. Onların arasında təcrübəlilər də var".

Komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq.

Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək.

Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti