
"Azərreyl" üçün çempionat ötən mövsümə nisbətən daha çətin keçib".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Yüksək Liqasının qalibi olan kişi voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Boris Qrebennikov deyib.
O, yaxşı oyunçular seçdikləri üçün çempion olduqlarını bildirib:
"Yüksək səviyyəli oyunçular gəlib. Komanda finalda əla oyun sərgilədi. Çempion olmağa layiq idik".
Milli Gimnastika Arenasında gerçəkləşən kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 (25:20, 25:22, 17:25, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" titula sahib çıxıb.
"Dəmiryolçular" ilk final matçında da rəqibini üstələmişdi - 3:0.