"Bir-birimizə güvəndik"

03:50 Voleybol 89
"Bir-birimizə güvəndik"

"Azərreyl"in qadınlardan ibarət voleybol komandasının üzvü Anastasiya Şupianiova Azərbaycan Yüksək Liqasının qalibi olmalarını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlama verib.

Voleybolçu qələbəyə inanaraq meydana çıxdıqlarını bildirib:

"Finalın ilk matçında 0:3 hesabı ilə məğlub olmağımıza baxmayaraq, qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq. Mübarizə apardıq və bir-birimizə güvəndik".

"Azərreyl" ikinci final matçında "Abşeron"u "qızıl set"də məğlub edərək Azərbaycan çempionu adını qazanıb.

Xəbər Lenti
24 Aprel 18:50 Çək və bizə göndər!