“Əminəm, revanş alacağıq”

03:50 Voleybol 75
“Əminəm, revanş alacağıq”

“Qələbə münasibətilə komandamı, məşqçilər heyətini, hər kəsi təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Anastasiya Mertsalova deyib.

Blokçu Yüksək Liqanın yarımfinal mərhələsinin “Gəncə” ilə ikinci oyunundan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb:

“İlk oyun daha çətin keçmişdi. Ötən il də finalda “Abşeron” və “Azərreyl” qarşılaşmışdı. Əminəm ki, bu il biz revanş alacağıq. Komandama inanıram. Yeni qələbələrə doğru”.

“Abşeron” “Gəncə” ilə yarımfinalın hər iki oyununda qələbə qazanıb - 3:1, 3:0.

Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!