“Neftçi”dən danışdı, xəbərdar etdi: “Bundan sonra üç addımımız qaldı”

18 Aprel 03:20 Voleybol 246
“Neftçi”dən danışdı, xəbərdar etdi: “Bundan sonra üç addımımız qaldı”

“Asan oyun olmadı”.

Sportinfo.az xəbər verir ki, bunu “Murov Az Terminal”ın voleybolçusu Kənan Allahverdiyev deyib.

O, Yüksək Liqada yarımfinal mərhələsinin ilk oyununda “Neftçi” üzərində qələbəni dəyərləndirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən libero bildirib ki, “quru hesablı” qələbə qazansalar da, oyun heç də asan alınmayıb:

“Matç gözlədiyimiz məcrada keçdi. Hətta gözlədiyimdən də çətin oldu.

Nəzərə alsaq ki, bu pley-off oyunudur, belə olması normaldır. “Neftçi” ilə pley-offda yenə görüşəcəyik.

Bundan sonra üç addımımız qalıb. Məqsədimiz çempion olmaqdır”.

“Murov Az Terminal” bu matçda 3:0 hesablı qələbə qazanıb. İkinci oyun aprelin 18-də olacaq.

Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"