Ayşən yenidən finalda

10 Aprel 04:00 Voleybol 551
Ayşən yenidən finalda

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova yenidən Macarıstan çempionatının finalında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, yarımfinal seriyasında Ayşənin kapitanı olduğu “Vaşaş” rəqibi “Kapoşvar”ı məğlub edib.

Dördüncü görüşdə üç seti qalib başa vuran hazırkı çempion 3:1 hesabı ilə seriyada önə keçib. Abduləzimova oyunda 10 xal toplayıb.

Ffinalda “Vaşaş” klubu yarımfinal seriyasında “Bekeşçaboy” - “Niregihaza” matçının qalibi ilə qarşılaşacaq.

Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...