Yığmamızın hücumçusu Braziliyada fenomenal məhsuldarlıq göstərdi

1 Mart 03:30 Voleybol 313
Yığmamızın hücumçusu Braziliyada fenomenal məhsuldarlıq göstərdi

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya çempionatının növbəti turunda fenomenal məhsuldarlıq nümayiş etdirib.

Sportinfo.az xəbər verib ki, nəticədə hücumçumuzun komandası "Osasko" lider "Praya"ya çətinliklə olsa da, qalib gəlib.

Görüş 3:2 hesabı ilə başa çatıb və Rəhimova 34 xal toplayıb.

Bu, "Osasko"ya çempionatda üçüncü yerə yüksəlməyə və pley-offa çıxmaq uğrunda mübarizədə şanslarını artırmağa imkan verib.

Rəhimova üçün 34 xal bu mövsüm ən yüksək göstəricidir.

Xəbər Lenti