Avropa çempionatı üçün Bakıya gəldilər - Səlahiyyətli fiqurlar

27 Fevral 08:20 Voleybol 283
Avropa çempionatı üçün Bakıya gəldilər - Səlahiyyətli fiqurlar

Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri 2026-cı ildə keçiriləcək Avropa çempionatı üçün Bakıya səfər ediblər.

Bu barədə Sportinfo.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan "İnfort" şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün paytaxta gəliblər.

Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi hotellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.

Avropa çempionatının bir qrupunun oyunları Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarış 21 avqust - 6 sentyabr aralığında təşkil olunacaq.

AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.

Digər Xəbərlər
Xəbər Lenti