
Azərbaycan millisi voleybolçularının iştirak edəcəkləri CEV Kubokunun yarımfinal mərhələsinin keçiriləcəyi tarixlər müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yarımfinalın əsas intriqası Ayşən Abduləzimovanın şərəfini qoruduğu Macarıstan “Vaşaş”ı ilə Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri Rumıniya “Alba”sının qarşılaşması olacaq.
İlk oyun martın 4-də Budapeştdə, cavab görüşü isə martın 11-də Rumıniyada keçiriləcək.
1/4 finalda "Vaşaş" Polşa "Radomka"sını, "Alba" isə Portuqaliya "Porto"sunu mübarizədən kənarlaşdırıb.