Azərbaycan klub reytinqdə Avropada birincidir

18 Fevral 04:00 Voleybol 809
Azərbaycan klub reytinqdə Avropada birincidir

Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birincidir.

Sportinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.

Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb.

Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.

2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.

Xəbər Lenti