Komandamız dünya çempionatında mübarizə aparacaq

16 Fevral 04:00 Voleybol 536
Komandamız dünya çempionatında mübarizə aparacaq

Fevralın 21-dən 23-dək Misirin Hurqada şəhərində çimərlik voleybolu üzrə dünya çempionatı ("The Clash Beach Volleyball tournament") keçiriləcək.

Sportinfo.az "əl-Yaum əs-Səbi" nəşrinə istinadla xəbər verir ki, Səhl Haşiş çimərliyində təşkil olunacaq yarışda 30 ölkədən 97 komanda, ümumilikdə 165 kişi və qadın idmançı iştirak edəcək.

Azərbaycan yığma komandası da bu beynəlxalq idman tədbirinə qatılacaq.

Digər iştirakçılar bunlardır: Misir, Rusiya, İtaliya, Sloveniya, Səudiyyə Ərəbistanı, Slovakiya, İspaniya, Çexiya, Almaniya, Ukrayna, Braziliya, Polşa, ABŞ, Portuqaliya, Dominika, İsveçrə, Yunanıstan, Avstriya, Serbiya, Ermənistan, Honqkonq, Niderland, Fransa, Uels, Norveç, Futuna arxipelaqı və Livan.

Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”