!["Bizə sadəcə bir-birimizin oyununa öyrəşmək lazım idi"](https://www.sportinfo.az/media/2025/02/15/25720550-b1fa-4c51-b0cd-adca0df2b509.jpg)
"Bu matçda komanda ruhu göstərə bildik".
Sportinfo.az xəbər verir ki, bunu "Azərreyl"in üzvü Anastasiya Şupianiova qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XI turunda "Milli Aviasiya Akademiyası" ilə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, qələbəyə görə sevincli olduqlarını bildirib:
“Bu gün oyun bizim üstünlüyümüz şəraitində keçdi. Məşqçinin bütün təlimatlarına əməl etdik, həmçinin komanda ruhu göstərə bildik. Bəli, oyunlarımızın alınmadığı günlər də oldu. Bizə sadəcə bir-birimizin oyununa öyrəşmək lazım idi. Ümid edirəm ki, bundan sonra eyni templə irəliləyərək yaxşı nəticələr əldə edə biləcəyik”.
"Azərreyl" - "Milli Aviasiya Akademiyası" qarşılaşması birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.