Kim uddu, kim uduzdu?

15 Fevral 04:00 Voleybol 306
Kim uddu, kim uduzdu?

Qadın voleybolçuların Yüksək Liqasında XI turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində turun iki qarşılaşması baş tutub.

“Milli Aviasiya Akademiyası” “Azərreyl”lə, “Murov Az Terminal” isə UNEC üz-üzə gəlib. “Azərreyl” rəqibini 3:1, “Murov Az Terminal” isə 3:0 hesabı ilə məğlub edib.

XI tura son qarşılaşması bu gün Gəncədə keçiriləcək. Bu dəfə “Gəncə” klubunun qonağı “Abşeron” komandası olacaq.

“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 1:3 (23:25, 25:22, 16:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3;0 (25:8, 25:5, 25:7)

15 fevral
14:30. “Gəncə” - “Abşeron”
Ünvan: Gəncə İdman Sarayı
AVF-nin rəsmi Youtube kanalı (canlı)

Xəbər Lenti