CEV Çempionlar Liqasında kişilər arasında keçirilən “Peruca” – “Sen-Nazer” matçında təhlükəli anlar yaşanıb.
Sportinfo.az xəbər verir ki, “Sen-Nazer”in voleybolçusu Henri Leon topu qarşılamaq istəyərkən hakim tribunasını aşırdıb.
Bu zaman hakim də zərbə ilə yerə yıxılıb.
Oyunda “Peruca” 3:0 (25-21 , 25-23 , 25-23) hesabı ilə qalib gəlib.
Görüntüləri təqdim edirik: