Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb.
Sportinfo.az xəbər verir ki, Bakıda və Gəncədə I turun oyunları keçirilib.
Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub.
Bakıda isə GİN-nin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəliblər. Hər üç oyunda 3:0 hesabı qeydə alınıb.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 6-7 dekabr tarixlərində keçiriləcək.
“Gəncə” - “Abşeron” 0:3 (26:28, 18:25, 21:25)
“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (19:25, 18:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:13, 25:12)