Qadınlardan ibarət “Murov Az Terminal” komandası heyətinə yeni voleybolçu cəlb edib.
Sportinfo.az xəbər verir ki, Bakı klubu serbiyalı Tiyana Vrtselin keçidini rəsmiləşdirib.
23 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.
T. Vrtsel son olaraq ölkəsində “Partizan”ın (Belqrad) formasını geyinib.