COP29

Klub prezidenti: “Çalışacağıq ki, bundan da artığını edək”

16 Oktyabr 03:40 Voleybol 1 384
Klub prezidenti: “Çalışacağıq ki, bundan da artığını edək”

"Həm kişilərdən, həm də qadınlardan ibarət komandanın Avropa çempionu olması tarixi hadisədir".

Sportinfo.az xəbər verir ki, bunu “Azerreyl” klubunun prezidenti Ramin Əzizov jurnalistlərə açıqlamasında deyib.

“Çox sevinirik. “Azəreyl” klubu adından deyil, bütün Azərbaycan voleybolu adından xalqımızı təbrik edirəm. Hər kəsə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.

O, qeyd edib ki, klub gələcəkdə də Azərbaycan voleyboluna dəstəyini əsirgəməyəcək:

“Əsas məqsədimiz dünya arenalarında bundan sonra da “Azerreyl” klubu olaraq Azərbaycan voleyboluna öz dəstəyimizi göstərməkdir. Çalışacağıq ki, bundan da artığını edək”.

Fransanın Monpelye şəhərində keçirilmiş çimərlik voleybolu üzrə Avropa Kubokunda iştirak edən “Azərreyl”in qadın və kişilərdən ibarət komandaları bütün rəqiblərinə qalib gəliblər.

Qadın voleybolçularımız qrup mərhələsində Avstriyanın “Bergstrand” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Türkiyənin “Spor Lisesi Ihtisas Kulübü”, yarımfinalda Macarıstanın “Edra Tata” klubuna qalib gələrək qələbə seriyasını finalda da davam etdiriblər.

Komanda həlledici mərhələdə Ukraynanın “Sunrise Beach Spors Academy” kollektivi ilə üz-üzə gəlib. Gərgin mübarizədən sonra rəqibini 15:12 hesabı ilə üstələyən təmsilçimiz Avropa Kubokunun qalibi olub.

Kişilərdən ibarət komandamız isə qrup mərhələsində Fransanın “Re Beach” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Ukraynanın “Sunrise Beach Sports Academy”, yarımfinalda Fransanın “Montpellier Beach Volley” komandasını məğlubiyyətə uğradaraq turniri birinciliklə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!