COP29

“Liqada klubların sayının artırılması istiqamətində işlər aparacağıq”

11 Oktyabr 03:00 Voleybol 858
“Liqada klubların sayının artırılması istiqamətində işlər aparacağıq”

"Milliyə yüksək səviyyəli voleybolçular cəlb etməyə çalışacağıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

O qeyd edib ki, kişi və qadın milliləri ilə bağlı işlər davam edir:

"Milli ilə bağlı işlər aparırıq. Deyə bilmərəm ki, yüksək səviyyədədir.

Çalışacağıq bundan sonra milliyə yüksək səviyyəli voleybolçuları cəlb edək. Aşağı yaş qruplarından ibarət komandalardan voleybolçuları da cəlb edəcəyik.

Liqada klubların və idmançıların sayının artırılması istiqamətində işlər aparacağıq. Bir neçə gün öncə azarkeşlər klubunu yaratmışıq.

Hesab edirik ki bu hərəkat genişlənəcək. Bu yöndə işlər aparılır. Onlar çempionatlarda iştirak edəcəklər".

Digər Xəbərlər
Xəbər Lenti