COP29

Azərbaycan klubuna gələn italiyalı baş məşqçi iddia edir ki…

9 Oktyabr 08:30 Voleybol 1 621
Azərbaycan klubuna gələn italiyalı baş məşqçi iddia edir ki…

“Əsas məqsəd komandamın hər oyunda qalib gəlməsidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərreyl” komandasının italiyalı yeni baş məşqçisi Paolo Tofoli deyib.

O, titullu komandada çalışmağın məsuliyyətli iş olduğunu söyləyib:

“Bu komanda həm ölkə çempionatında, həm də avrokuboklarda hər zaman iddialı olub. Bu yanaşma yenə davam edəcək.

Mənim meydanda oyunçulardan istəyim hər top uğrunda sonadək mübarizə aparmalarıdır. İnanıram ki, qarşıya qoyulan hədəfə çatmağı bacaracağıq”.

59 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda mübarizə aparmamaq komandaya mənfi təsir göstərməyəcək:

“Əlbəttə, beynəlxalq turnirdə iştirak etmək vacibdir. Çünki belə yarışlarda güclü rəqiblərlə qarşılaşırsan.

Bu da komandaya yaxşı təcrübə qazandırır. Lakin əhvali-ruhiyyəmiz yüksək səviyyədədir və bütün diqqətimizi yerli çempionata yönəltmişik”.

P.Tofoli yeni transfer edilən voleybolçulardan razı qaldığını vurğulayıb:

“Üç həftədir komanda ilə birgə çalışırıq. Ölkə çempionatındakı rəqibləri analiz edirik.

Heç birini fərqləndirmək istəmirəm. Liqadakı bütün komandalara qarşı eyni qətiyyət və həvəslə oynayacağıq”.

“Azərreyl” ötən ay Paolo Tofoli ilə 1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!