Qadın həndbolçulardan ibarət “Azəryol” komandası heyətini iki legioner oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi rusiyalı Viktoriya Reznik və Anna Razdolqinanın keçidini rəsmiləşdirib.
Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.
Avropa Kubokunun ikinci mərhələsində mübarizə aparacaq “Azəryol” Ukraynanın “Qaliçanka” komandası ilə qarşılaşacaq.
Hər iki görüş Bakıda baş tutacaq. Bununla bağlı Azərbaycan və Ukrayna Həndbol federasiyaları razılıq əldə edib.
Cütün oyunları 5-6 oktyabrda təşkil olunacaq.