Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Emin Əbilovun yeni iş yeri məlum olub.
Sportinfo.az xəbər verir ki, mütəxəssis “Milli Aviasiya Akademiyası”na keçib.
O, italiyalı çalışdırıcı Covanni Torçionun köməkçisi olacaq.
E.Əbilov son olaraq Türkiyənin qadınlardan ibarət “Sarıyer Bələdiyyəspor"da işləyib.