COP29

Yeni baş məşqçinin köməkçilərindən biri gürcü oldu

03:20 Voleybol 223
Yeni baş məşqçinin köməkçilərindən biri gürcü oldu

"Abşeron" basketbol klubunda yeni baş məşqçi Erhan Tokerin köməkçilərindən biri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 2024/2025 mövsümü üçün hazırlıqlara start verən komandaya gürcüstanlı mütəxəssis Davit Çivçivadze də dəvət olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Gənc çalışdırıcının ilk məşqçilik təcrübəsi də ölkəmizdə olub. O, ötən mövsüm "Naxçıvan"ın ( keçmiş "Xəzri"nin) məşqçilər korpusunda yer alıb.

Davit Çivçivadze oyunçu kimi də ölkəmizdə 2022/2023 mövsümündə "Şəki"nin heyətində çıxış edib.

Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!