COP29

Azərbaycan komandası Belçikaya məğlub oldu

25 Avqust 02:10 Voleybol 553
Azərbaycan komandası Belçikaya məğlub oldu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Bakıda Belçika ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti