COP29

Azərbaycanlı supervayzer Avropa çempionatına təyinat aldı

17 Avqust 00:10 Voleybol 297
Azərbaycanlı supervayzer Avropa çempionatına təyinat aldı

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…