COP29

Prezidenti yığmanın oyunçuları ilə söhbət etdi

24 İyul 03:30 Voleybol 575
Prezidenti yığmanın oyunçuları ilə söhbət etdi

İyulun 17-də Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, AVF-nin vitse prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katibi Faiq Orucov Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək kişi voleybolçulardan ibarət milli komandamızın məşqçilər heyəti və oyunçularla görüşüb.

Sportinfo.az xəbər verir ki, AVF rəhbərliyi yığmamızın GİN-in Voleybol Mərkəzində baş tutan məşqini izləyib.

Azərbaycan millisi qitə birinciliyinin seçmə mərhələsində mübarizəyə avqustun 17-də başlayacaq.

Həmin gün komandamız Avstriya millisinin qonağı olacaq. Növbəti oyun isə bir həftə sonra Bakıda keçiriləcək. Avqustun 24-də millimiz Belçika yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti