Arina Fedorovtseva Rusiya voleybolunun yeni ulduzlarından biridir.
Onun cəmi 20 yaşı var. Gənc ulduzu qarşıda böyük karyera gözləyir.
Sportinfo.az xəbər verir ki, karyerasına Rusiyada Kazan "Dinamo"sunda başlayan Arina daha sonra Türkiyəyə köçərək "Fənərbağça"da oynamağa başlayıb.
Yerli voleybol həvəskarları rus gözəlini dərhal bəyəniblər.
Dünyanın ən titullu klublarından biri olan İstanbul nəhəngində rusiyalı gözəl bütün milli kubokları qazanıb. Bundan sonra İstanbulu tərk edib.
Voleybolçu növbəti mövsümü "Şanxay Bright Ubest"də keçirəcək. Bundan sonra yenidən Türkiyəyə qayıdacaq.
İndi Arina Dubayda istirahət edir. Fanatları onun üçün darıxırlar. Bunu paylaşımdakı şərhlərdən də görmək olar:
- "Hətta Afrodita qısqanar, bu nə gözəllikdir?"
- "Biz sənin üçün çox darıxdıq, Barbie Ari".
- "Siz çox hərarətli qadınsınız".
- "Dünyanın ən gözəl voleybolçusu".
- "Mükəmməl olduğunu bilirsən, elə deyilmi, balam"?
- "Arina, mənimlə evlənə bilərsən: vətəndaşlıq almaq, vətəndaşlığa keçmək və milli komandada oynamaq üçün unikal fürsət. Fikirləşin, hə"?
- "Pulum çox olsaydı, Türkiyədən komanda alardım və sənə hədiyyə verərdim. Səninlə eyni havanı udmaq istəyirəm.."