“Abşeron” beş voleybolçu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, klub bolqarıstanlı Polina Neykova, xorvatiyalı Mariyeta Runyiç, serbiyalı Nataşa Sevarika, belaruslu Alina Adamenya və gürcüstanlı Mariyam Kaprindaşvili ilə vidalaşıb.
Həmin oyunçularla bağlanan müqavilənin müddəti uzadılmayıb.
“Abşeron” başa çatan mövsümü ikinci pillədə bitirib və gümüş medallara sahib çıxıb.