COP29

Lüksemburqa uduzduq - 12 komanda arasında sonuncuyuq

2 İyun 02:20 Voleybol 475
Lüksemburqa uduzduq -  12 komanda arasında sonuncuyuq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma Lüksemburqla qarşılaşıb.

Estoniyada keçirilən görüş rəqibin qələbəsi ilə bitib – 3:2 (25:20, 22:25, 21:25, 25:17, 25:11).

Kişi voleybolçularımız buna qədər beş oyun keçirib. Komanda Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniyaya 0:3 hesabı ilə məğlub olub.

Keçirdiyi görüşlərdən xalsız ayrılan milli hazırda 12 komanda arasında sonuncudur. Yarışın reqlamentinə əsasən, ən yaxşı dörd komanda “dördlər finalı”na yüksələcək.

Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?