COP29

Azərbaycan klubu baş məşqçi ilə sözləşməni daha 1 illik artırdı

24 May 01:20 Voleybol 440
Azərbaycan klubu baş məşqçi ilə sözləşməni daha 1 illik artırdı

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandasının baş məşqçisi Boris Qrebennikovun müqaviləsinin müddəti uzadılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Təcrübəli mütəxəssisin sözləşməsi daha 1 illik artırılıb.

Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.

"Azərreyl" başa çatan mövsümdə Azərbaycan Yüksək Liqasının qalibi olub.

Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?