COP29

Federasiya daha bir layihəyə başlayacaq

28 Mart 03:20 Voleybol 315
Federasiya daha bir layihəyə başlayacaq

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək.

Sportinfo.az xəbər verir ki, AVF bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edəcək.

Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncədə baş tutacaq.

Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq.

Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.

Seminara qatılan hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi "Level" kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?