COP29

Azərbaycan millisi "Qızıl" qələbəsi qazandı

1 İyun 02:50 Voleybol 508
Azərbaycan millisi "Qızıl" qələbəsi qazandı

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.

Bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.

Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?