"Növbəti raundda Yunanıstan klubu “Panatinaikos”la qarşılaşacağıq.
Çox ciddi rəqibdir. Buna hazırlaşmalıyıq.
Bir ay vaxtımız var, ilk oyunu da səfərdə keçirəcəyik".
Sportinfo.az xəbər verir ki, bunu Çelenc Kubokunda 1/16 finala yüksələn “Xarı Bülbül”ün baş məşqçisi Ziya Rəcəbov deyib.
41 yaşlı mütəxəssis əvvəlki raundda Slovakiyanın "TJ Spartak" komandasını mübarizədən kənarlaşdırmalarına da toxunub:
"Voleybolçulara, azarkeşlərə, dəstək olanlara və rəhbərliyə təşəkkür edirəm. Həqiqətən çox gərgin matç alındı.
Belə olacağını da gözləyirdim. Çünki rəqib birinci qarşılaşmada məğlub olduğu üçün itirəcəkləri heç nəyi yox idi.
Var gücləri ilə oynamalıydılar. Elə də oldu. Beləliklə, bir seti xeyirlərinə başa vurdular. Hamını təbrik edirəm.
Şuşanın adı simvolik olaraq bizim üçün çox önəmlidir. Məsuliyyət böyük olduğu üçün çox işlər görməliyik. Allah şəhidlərimizə rəhmət etsin".