Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasının ikincisi olub.
Sportinfo.az xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Severyanka" (Çerepoveç) klubu Rusiya birinciliyinin "A" Yüksək Liqasında mübarizə aparıb.
Komanda son qarşılaşmada "Lokomotiv-2" ilə üz-üzə gəlib.
Həlledici matçda rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi "A" Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran "Severyanka" final mərhələsində topladığı xallara görə ikinci olub.