COP29

Komandamız Qızıl Avropa Liqasında məğlub oldu

1 İyun 02:20 Voleybol 851
Komandamız Qızıl Avropa Liqasında məğlub oldu

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, komandamız səfərdə Estoniya millisinin qonağı olub.

Fərid Cəlalovun rəhbərlik etdiyi komanda rəqibinə 0:3 (14:25, 15:25, 17:25) hesabı ilə uduzub.

Kişilərdən ibarət milli bundan əvvəlki matçlarda Rumıniya, Ukrayna, Belçika və Şimali Makedoniyaya 0:3 hesabı ilə məğlub olub.

Xalı olmayan komanda sonuncu - 12-ci yerdədir. Azərbaycan millisi iyunun 1-də Lüksemburqla qarşılaşacaq.

Xəbər Lenti