COP29

Aynur səhvlərdən danışdı: “Bəzi səbəblərdən alınmadı”

6 İyun 03:10 Voleybol 1 759
Aynur səhvlərdən danışdı: “Bəzi səbəblərdən alınmadı”

"Çox istərdim ki, "Dördlər finalı"na yüksələk. Amma bəzi səbəblərdən alınmadı".

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aynur İmanova komandanın Qızıl Avropa Liqasında çıxışı barədə danışarkən deyib.

O, yarışdakı uğursuzluğa görə təəssüfləndiklərini bildirib:

"Bir neçə gün əvvəl Qızıl Avropa Liqasında mübarizəni dayandırdıq. Komanda olaraq daha çox oyunda qələbə qazanmağa çalışdıq, lakin olmadı.

Buna görə bütün oyunçularımız çox təəssüflənir. Federasiyanın prezidenti Şahin Bağırova, başda Faiq Qarayev olmaqla bütün məşqçilərə təşəkkür etmək istəyirəm.

Xüsusilə bizə sona qədər dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Bu yarışda çıxışımız istədiyimiz kimi alınmadı.

Səhvlərimizi təkrarlamamaq üçün daha çox çalışacağıq. İnanıram ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəyik".

Azərbaycan yığması Qızıl Avropa Liqasında keçirdiyi 6 matçın 4-də məğlub olub, 2-də qələbə qazanıb. Faiq Qarayevin yetirmələri 7 xalla 12 komanda arasında səkkizinci olub.

Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?