
II Liqada 17-ci tur başa çatıb.
Turnir cədvəlinin aşağı pillələrində yer alan "Şəki Siti" ilə "Göygöl" üz-üzə gəlib.
Şamil İmanzadənin idarə etdiyi oyunda qalib müəyyənləşməyib - 1:1.
Hər iki qol son 15 dəqiqədə vurulub. 73-cü dəqiqədə Sənan Həsənovun topla reydi qapı önündə dayanmış Elcan Rəhimovun toru silkələməsi ilə başa çatıb.
Bundan 10 dəqiqə keçmiş ev sahibləri bərabərlik qolunu vurub.
Qapı önündə yarananmış qarışıqlıq zamanı topun müdafiəçinin əlini tapması referinin penalti nöqtəsini göstərməsi ilə nəticələnib. Osman Soltanov fürsəti qaçırmayıb.
Oyun bütövlükdə o qədər də maraqlı keçməyib. Kələ-kötür meydan futbolçuların topla sərbəst hərəkətinə imkan verməyib.
Qapılar önündə yaradılan qol epizodlarını barmaqla saymaq olardı. Bununla belə, Ş.İmanzadə iki nəfəri vaxtından əvvəl paltardəyişmə otağına yola salıb.
Tural Məmmədzadə 30-cu dəqiqə qonaqların oyunçusunun sifətinə zərbə endirdiyindən, birbaşa qırmızı vərəqə alıb. 90+2-ci dəqiqədə isə Sənan Həsənovun kobudluğu ikinci «sarı»nı qarşısında görməsinə səbəb olub.
Bu matçdan sonra "Şəki Siti" 11 xalla 12-ci, "Göygöl" isə 12 xalla 11-ci pillədə qərarlaşıb.
SPORTİNFO.AZ
"Şəki Siti" - "Göygöl" 1:1
Qollar: Osman Soltanov, 83 (p.) // Elcan Rəhimov, 73
Şəki şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Elçin Ramazanov, 33 (hakimin qərarına etiraz) // Çingiz Məmmədov, 33 (qeyri-idman hərəkəti); Sənan Həsənov, 36, 90+2 (qeyri-idman hərəkəti); Zahid Sadıxov, 37 (qeyri-idman hərəkəti); Kamal Həsən-pur, 53 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Tural Məmmədzadə, 30 (təcavüzkar davranış) // Sənan Həsənov, 90+2
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov
4. Süleyman Rauflu
(88. Ramil İsmayılov, 90+3)
20. Orxan Kərimov
(8. Yusif Yusifzadə, 63)
14. Elçin Ramazanov (k)
55. Nəriman İmayətov
97. Tural Məmmədzadə
44. Osman Soltanov
3. Coşqun Canımov
7. Əli Tağızadə
(11. Revazi Otaraşvili, 46)
17. Xalıq Şabanov
Ehtiyat oyunçular:
9. Elxan İmayətov
66. Yunis Həsənli
21. Yusif Qafurov
99. Elgün Hacıbabayev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov
“Göygöl”
13. Novruz Rəhimov
9. Zahid Sadıxov
(66. Dursun Məmmədov, 68)
14. Ülvi Cəlilov (k)
10. Elcan Rəhimov
6. Kamal Həsən-pur
11. İntiqam Tağıyev
(44. Elxan Əzizov, 68)
97. Cavanşir Cavanşirov
55. Sənan Həsənov
17. Çingiz Məmmədov
4. Kərəm Əhmədli
8. Seymur Fərəci
(3. İsmayıl Məmmədov, 70)
Ehtiyat oyunçular:
99. Pərvin Zeynalov
Məşqçi: Bilal Mehdiyev