
Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportinfo.az xəbər verir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən düşərgəni tərk ediblər.
Onların əvəzində İtaliyanın “Palermo” komandasında çıxış edən Rayyan Baniya yığmaya cəlb olunub.
Türkiyə millisi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. Komandalar arasında ilk matç “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.