COP29

"Neftçi"nin sabiq baş məşqçisi Türkiyə klubunda?

17 Sentyabr 09:20 Türkiyə 1 372
"Neftçi"nin sabiq baş məşqçisi Türkiyə klubunda?

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, "Ankaragücü" rumıniyalı mütəxəssisi komandanın sükanı arxasına gətirmək istəyir.

Bu barədə "NTV Spor" məlumat yayıb.

I Liqa təmsilçisi Mutu ilə yanaşı Ömər Ərdoğanla da danışıq aparır. Paxtaxt klubu danışıqların nəticəsinə əsasən bu iki mütəxəssis arasında seçim edəcək.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da "Ankaragücü"də çıxış edir.

Adrian Mutu 2023/2024 mövsümünün birinci yarısında "Neftçi"nin baş məşqçisi olub. Onun son iş yeri ölkəsində ÇFR olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!