![MARAQLI DİALOQ: “O topu necə çıxardın” - VİDEO](https://www.sportinfo.az/media/2024/07/04/screenshot_52.png)
Avstriyaya 2:1 hesabı ilə qalib gələrək Avropa çempionatında 1/4 finala adlayan Türkiyə yığmasının matçdakı iki qəhrəmanı Merih Demiral və Mert Günokun matçdan sonra maraqlı dialoqu diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, futbolçular bir-birini təbrik edərkən Merih Mertin son dəqiqədə etdiyi kritik qurtarış barədə qolkiperə sual verib.
Demiral Günokdan “o topu necə çıxardın” deyə soruşub. Onların arasındakı bu dialoq marağa səbəb olub.