COP29

“Qalatasaray” məşhur hücumçunu icarəyə götürdü - VİDEO

3 Sentyabr 12:00 Türkiyə 1 151
“Qalatasaray” məşhur hücumçunu icarəyə götürdü - VİDEO

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimheni icarəyə götürüb.

Sportinfo.az TRT Spor-a istinadən xəbər verir ki, nigeriyalı forvard artıq İstanbula gəlib.

Atatürk Hava Limanına gələn 25 yaşlı futbolçunu “cim-bom” azarkeşləri qarşılayıb.

“Napoli”nin forvardı 2024/2025 mövsümünü “Qalatasaray”da keçirəcək.

“Qalatasaray” azarkeşləri onu böyük izdihamla qarşılayıblar.

“Gecənin bu vaxtı bura gələn “Qalatasaray” azarkeşlərinin sevgisini hiss etdim. Meydana çıxacağım hər matçda özümü onlara həsr edəcəm”, - hücumçu bildirib.

O, “Napoli”dən keçmiş komanda yoldaşı, belçikalı futbolçu Dris Mertens ilə yenidən komanda yoldaşı olması ilə bağlı da danışıb:

“Möhtəşəm insandır. O, mənə çox kömək etdi. Gəlməmişdən əvvəl onunla danışdım. Onunla oynamaq üçün səbirsizlənirəm. Eləcə də digər komanda yoldaşlarımla oynamaq üçün də səbirsizlənirəm”.

Digər Xəbərlər
Xəbər Lenti