“Zenit” (Rusiya) Türkiyə millisinin futbolçusu Barış Yılmaz üçün “Qalatasaray”a 30 milyon avro ödəməyə hazırdır.
Sportinfo.az “Ajansspor”-a istinadən xəbər verir ki, Rusiya klubu 24 yaşlı forvardın özünə illik 5 milyon avro ödəmək istəyir.
Barış Yılmaz daha aşağı maliyyə şərtləri təklif edən Almaniyanın “Ştutqart” klubunun da marağındadır.
Almanlar türkiyəli futbolçuya ildə 2 milyon, İstanbul klubuna isə transfer üçün 20-25 milyon avro təklif etməyə hazırdır.
Barış Yılmaz 2024-cü il Avropa çempionatında Türkiyə millisinin heyətində çıxış edib. Beş görüşün hamısında iştirak edən forvard qol vura bilməyib.