Türkiyənin tanınmış aktrisası Melisa Aslı Pamuk ilk dəfə toy fotolarını paylaşıb.
Sportinfo.az xəbər verir ki, may ayında milinin futbolçusu Yusuf Yazıcı ilə səssiz-sədasız ailə quran aktrisa sosial şəbəkə hesabında paylaşım edib.
Cütlüyün nikah şəkilləri onların izləyiciləri tərəfindən bəyənilib.
33 yaşlı aktrisa özündən 6 yaş kiçik sevgilisi ilə evlənməsinə dair daha öncə heç bir paylaşım etməyib.
Bir müddət əvvəl sosial şəbəkə hesabında soyadını “Yazıcı” olaraq dəyişməsi diqqət çəkmişdi.