COP29

Baş məşqçini səhvindən döndərən qərar - VİDEO

19 İyun 16:05 Türkiyə 1 484
Baş məşqçini səhvindən döndərən qərar - VİDEO

"Bu, möhtəşəm qələbədir. Türkiyə sonadək döyüşdü.

Ancaq unutmayaq ki, Vinçenzo Montellanın ilk hissədəki oyun planı heç cürə tutmadı.

Aydın məsələdir ki, 5-li müdafiə xətti ilə meydana çıxan kollektivə qarşı hücumun mərkəzində Barış Alperlə çıxmaq faydalı iş əmsalını aşağı salır".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist Avro-2024-ün F qrupunda oynanılan Türkiyə - Gürcüstan (3:1) matçı barədə danışıb, maraqlı şərhlərlə diqqət çəkib.

Bildirib ki, fasilədən sonra Barış Alper Yılmazın sağ cinaha çəkilməsi, Arda Gülərin mərkəzə daha yaxın oynaması Montellanın düzgün qərarı idi.

Bununla da, Gürcüstanın sol cinahdan hücumlara çıxmağı da çətin alındı.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti