“Fənərbaxça”nın müdafiəçisi Fərdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı futbolçu “Brayton”la anlaşıb.
İstanbul təmsilçisinin yaydığı məlumata görə, Kadıoğlu tibbi müayinədən keçmək üçün İngiltərəyə yollanacaq.
“Fənərbaxça”nın bu transferdən 30 milyon avrodan çox gəlir əldə edəcəyi bildirilir.
Fərdi Kadıoğlu 2018-ci ildə Niderlandın “NEC Nijmegen” klubundan “Fənərbaxça”ya transfer olub.