COP29

Avropa çempionatlarında qol vuran ən gənc futbolçu - Arda Ronaldonu da keçdi

20 İyun 01:30 Türkiyə 858
Avropa çempionatlarında qol vuran ən gənc futbolçu - Arda Ronaldonu da keçdi

Türkiyə millisinin gənc ulduz Arda Gülər Avropa çempionatları tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi qitə birinciliklərində qol vuran ən gənc futbolçu adına yiyələnib.

A.Gülər buna Kriştianu Ronaldonu geridə qoymaqla nail olub.

Belə ki, Ronaldo 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-də qol vurarkən 19 yaş 128 günlüyündə idi. Arda isə 19 yaş 114 günlüyündə fərqlənməklə bu rekordu qırıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?