
Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, səfərdə "Qaziantep"in qonağı olan "Fənərbaxça" ilk hissədə 0:1 hesabı ilə geri düşməsinə baxmayaraq, 2-ci hissədə 5 dəqiqə ərzində 3 qol vuraraq vacib qələbə qazanıb.
Bu matçdan sonra "Fənərbaxça" lider "Qalatasaray"la olan xal fərqini 2-yə endirib. Lakin, "Qalatasaray" bu turdakı "Eyüpspor" matçını sabah keçirəcək.
"Qaziantep" - "Fənərbaxça" 1:3
Qollar: A.Maksim,13, - Talişka,68, E.Ceko,69, Fred,72