
"Trabzonspor”un U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib.
Sportinfo.az xəbər verir ki, Trabzon təmsilçisi yarımfinalda Avstriyanın “Zaltsburq” kollektivini mübarizədən kənarlaşdırıb.
Nyonda keçirilən qarşılaşma Türkiyə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Trabzonspor” finalda “AZ Alkmaar” - “Barselona” cütünün qalibi ilə üz-üzə gələcək.