
“Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin aparıcılığı ilə yayımlanan budəfəki buraxılışda studiyaya üçüncü şərhçinin gəlişi maraqla qarşılanıb.
İngiltərə futbolunun mahir bilicisi kimi tanınan Tərlan Şahinoğlu efirə təşrif buyurub.
Məşhur “Osimhen” mahnısının sədaları altında efirə qatılan T.Şahinoğlu “Qalatasaray”ın ulduzu Viktor Osimhenin “Mançester Yunayted”lə gələn mövsüm üçün anlaşdığını deyib, bu keçidin ingilis klubuna müsbət təsiri barəsində danışıb.
Elçin Cəfərovun “... yəqin, bundan sonra Tərlanı maska ilə efirlərdə görərik” fikiri gülüşə səbəb olub, səsləndirilən fikirlər tamaşaçılarda xoş ovqat yaradıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
“QOLAT Sport Services”in təşkilatçılığı ilə aprelin 26-dan iyunun 28-dək Bakıda böyük idman festivalı keçiriləcək.
“Sportfest-2025” adlı genişmiqyaslı tədbirə qatılacaq gənclərdən ibarət komandalar müxtəlif idman növlərində qüvvələrini sınayacaqlar.
“Sizi idmana dəvət edirik” şüarı ilə start götürəcək festival çərçivəsində müxtəlif yaş qruplarından və sahələrdən olan iştirakçılar, həm yarışlarda güclərini sınayacaq, həm də yaradılan əyləncə zonalarından istifadə edərək asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN